İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkün qanının su yerinə axdığı çay

Qırğızıstan və Tacikistan SSRİ-dən miras qalan daha bir münaqişənin həllinə razılaşdılar

Qırğızıstan və Tacikistan sakinləri bundan sonra iki ölkənin sərhədyanı ərazilərində yerləşən su təsərrüfatı və enerji infrastrukturu obyektlərindən birgə istifadə edəcəklər. Martın 26-da Qırğızıstan prezidenti Sadır Japarov Tacikistanla sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, Qırğızıstan və Tacikistan başçıları martın 13-də Bişkekdə imzalanmış sazişə görə hər iki ölkə taciklərin farsca İsfara, qırğızların isə A(k)ğ-su dedikləri çaydan birgə istifadəni rəsmiləşdiriblər. Bu razılaşma sərhədin ümumi hissəsinin delimitasiyası çərçivəsində əldə edilib. Qeyd edək ki, İsfara çayı üzərində yeddi böyük suvarma kanalı və onlarla kiçik arxlar çəkilib.

Bundan əvvəl Qırğızıstan və Tacikistan eyni İsfara çayı üzərində yerləşən Qolovnoy suqəbuledicisinin birgə idarə olunmasına dair razılığa gələ biliblər. Isfara çayı Tacikistan və Qırğızıstanın 400 min sakini xüsusən də kənd təsərrüfatında çalışanlar üçün həyat mənbəyidir. Qırğızıstanda transsərhəd istifadə üçün tikilmiş Toktoqul su anbarı ilə birlikdə çay bu ölkələrin əhalisinin əhəmiyyətli hissəsinin rifahını təmin edir. Xüsusilə əhalinin artımı və Fərqanə vadisində yeni torpaqların mənimsənilməsi kontekstində su təchizatı kritik əhəmiyyət kəsb edir. İllərdir iki ölkə məhz bu su üstündə yüzlərlə insanın öldüyü toqquşmalar baş verib. İlk belə toqquşma hələ 1989-cu ildə olub. Əvvəl daşdan istifadə edilən toqquşmalardan ağır silahlardan, o cümlədən artilleriya və aviasiyadan istifadəyə qədər gərginləşib. İki ölkə prezidentlərinin İsfara çayında suyun bölünməsi ilə bağlı imzaladığı sazişlərə əməl olunması Mərkəzi Asiyada sülhün və sabitliyin təminatına çevrilir. İstənilən pozulma regiondakı kövrək tarazlığı təhdid edə bilər.

Tacikistanlı ekspert Neqmatullo Mirsaidov “Nezavasimaya qazeta”ya müsahibəsində bu qərarı gözlənilən adlandırıb. “Biz sərhəd məsələlərində ardıcıl qərarlar qəbul edən qonşu dövlətin parlamentinin və onun prezidentinin mövqeyindən məmnunuq. Əminəm ki, Tacikistanın yeni parlamenti yaxın vaxtlarda Tacikistan dövlətinin başçısının Bişkekə səfəri zamanı tərəflərin imzaladığı bütün sənədləri ratifikasiya edəcək. İqlim dəyişikliyi və su ehtiyatlarının azalması kontekstində, xüsusən də son münaqişələr zonasında yerləşən kiçik transsərhəd çaylar İsfara və Xoca Bakırqanda yeni münaqişələrin yaranma riski qalmaqdadır. Ona görə də su hövzəsinin və standartlara əməl olunmasına nəzarətin effektiv mexanizminin tətbiqi aktualdır və ratifikasiya olunmuş sənəd mümkün münaqişələrin qarşısının alınması baxımından daha böyük əhəmiyyət kəsb edir”, - deyə Mirsəidov vurğulayıb. Ekspert xatırladıb ki, Tacikistan-Qırğızıstan sərhədinin coğrafiyası elədir ki, çayların bir çoxu həm Tacikistan, həm də Qırğızıstan ərazilərini eyni vaxtda su ilə təmin edir.

Oy Ordo Ekspert Təşəbbüsləri Mərkəzinin direktoru İqor Şestakov hesab edir ki, Qırğızıstan-Tacikistan sazişi regional münaqişələrin həlli üçün potensial modeldir, iki ölkə arasında uzun müddət davam edən mübahisələr, Sovet İttifaqının dağılmasından sonra güclənən su ehtiyatlarının reallaşması üçün bir nümunə ola bilər: "Lakin müqavilənin imzalanması ilk addımdır. Qırğızıstanda keçiriləcək parlament və prezident seçkiləri sudan istifadə və torpaq mübadiləsi məsələlərinin siyasiləşməsinə səbəb ola bilər. Hökumət əldə olunmuş razılaşmaların əhəmiyyətini əhaliyə çatdırmaq üçün siyasi səy göstərməli olacaq. Bu gün Qırğızıstan və Tacikistan arasında imzalanmış saziş artıq sosial şəbəkələrdə qızğın müzakirə olunur." Politoloqun fikrincə, saziş regional inteqrasiyada aparıcı rol oynayan Özbəkistan üçün də vacibdir: “Qırğızıstan-Tacikistan probleminin uğurlu həlli Mərkəzi Asiya əməkdaşlığının möhkəmlənməsinə töhfə verə bilər”.

İsfara (tacikcə), yaxud Isfara (özbəkcə) Qırğzıstanın Batken, Tacikistanın Soğdi və Özbəkistanın Fərqanə vilayətləri arasında Sırdərya çayı hövzəsində yerləşir. Bu ərazidə əvvəl Tacikistan adlı dövlət olmayıb. Bütün bu ərazilər Türküstan diyarına məxsus olub. 1924-cü ildə bolşeviklər bu bölgədə Tacikistan adlı respublika, Düşənbə adlı şəhər salıblar. Şəhərin əvvəlki adının Göytəpə olduğu bildirilir. 1929-cu ilin oktyabrında İsfara çayı da Xocacənd dairəsinin tərkibində Tacikistan SSR-in tərkibinə daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR