İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda Berdımühəmmədovun oğlunun prezident seçilməsi proseduru keçirilir

Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələri bu gün yerli vaxtla səhər saat 7-dən açılıb.

Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, ölkə üzrə ümumilikdə 2577 seçki məntəqəsi yaradılıb. Vətəndaşların təhlükəsizliyi üçün burada sanitar-profilaktik tədbirlər həyata keçirilib, 300-dən çox sahə innovativ dezinfeksiya cihazları ilə təchiz edilib.

Paytaxt vətəndaşları vilayət və rayonlarda yaşadıqları ərazi üzrə səs verirlər. Artıq 2726 milli müşahidəçi, eləcə də MDB-dən olan müşahidəçilər missiyası seçkiləri izləməyə başlayıb.

Bütün seçki məntəqələrində populyar müğənnilərin, yaradıcı kollektivlərin çıxışları təşkil olunur.

Səsvermə saat 19:00-dək keçiriləcək.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasında Türkmənistan prezidenti postuna ümumilikdə doqquz namizəd qeydə alınıb. Üç namizəd siyasi partiyalar, altı namizəd isə vətəndaşların təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədlərdən biri hazırkı prezident Qurbanqulu Berdımühəmmədovun oğlu Sərdardır. Ekspertlər yüzdəyüz dəqiqiliklə məhz Sərdar Berdımühəmmədovun prezident seçiləcəyini proqnozlaşdırırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR