İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 97 min 448 şəxs deportasiya edilib

2022-ci ilin ilk 10 ayında Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 97 min 448 şəxs deportasiya edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 227 şəxs İstanbul Hava Limanından ölkələrinə göndərilib. Əlavə olaraq 10 ay ərzində 55 min 502 Əfqanıstan vətəndaşı geri göndərilib.

Miqrasiya İdarəsindən 2022-ci ərzində 242 min 525 qeyri-qanuni miqrantın ölkəyə girişinin qarşısının alındığı da bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR