İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"də TƏCİLİ İCLAS, yeni baş məşqçi təqdimatı…

Bu gün «Neftçi»də toplantı keçiriləcək.

Yığıncaq saat 12:00-a təyin olunub.

Komandadaxili iclasda yeni baş məşqçi Samir Abasov futbolçulara təqdim ediləcək. Günorta saatlarında isə o, kollektivi ilk məşqə çıxaracaq.

«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.

Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.

«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR