Onlayn ictimai-siyasi qəzet
Çin ordusu Tayvan adası ətrafında "xəbərdarlıq" adlandırdığı genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Pekinin fikrincə, bu təlimlər ada hökumətinə Taypeyin müstəqillik qüvvələrinin "separatçı fəaliyyətlərini" dayandırmaq üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.
Təlimdə ordu, donanma, hava qüvvələri və raket sistemləri iştirak edir. Bundan əlavə, fəaliyyətlərə Tayvanın "əsas limanlarının və ərazilərinin blokadası" tətbiqi daxildir.
Bir müddət əvvəl “döyüşə hazır olmaq” haqqında hərbi videonun mövzusu olan Çinin “Liaoning” təyyarədaşıyan gəmisi Tayvan sahillərinə yaxınlaşıb. Eyni zamanda, Çin tərəfi təyyarədaşıyan qrupunun hədəfinin hərbi təlimlərin keçiriləcəyi Qərbi Sakit okean olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, Çini Tayvana hücumdan çəkindirən amil ABŞ-nin regionda hərbi mövcudluğu və Tayvana tam dəstək verməsidir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ