Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki günündə "daxili düşmənlə" mübarizə üçün ordudan istifadə etməyi təklif edib.
Musavat.com xəbər verir ki, o, tərəfdarlarının və ya xarici qüvvələrin yaratdığı xaosdan deyil, "radikal sol dəlilərdən" narahat olduğunu bildirib.
"Fox News" kanalına verdiyi müsahibədə Tramp ölkə daxilində böyük problem yaradan insanların olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ-da "pis" və "xəstə" insanlar var.
“Düşünürəm ki, əsas problem daxildəki insanlardır. Bizim çox pis adamlarımız var. Xəstə insanlar. Radikal sol dəlilər... Bunun öhdəsindən Milli Qvardiyanın və ya lazım olarsa ordunun asanlıqla gələ biləcəyini düşünürəm, çünki onlar buna icazə verə bilməzlər,” — deyə Tramp vurğulayıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ