İnsanlara hürriyət, millətlərə istiqlal!

Alim Qasımovdan Tatlısəs “qeybət”i: Oxumadı! - VİDEO

Xalq artisti Alim Qasımov "İzzət şou"nun qonağı olub.

Xanəndə türkiyəli müğənni İbrahim Tatlısəslə bağlı xatirəsini bölüşüb:

"Allah İbrahim Tatlısəsə şəfa versin. Bir dəfə məni onun məclisinə dəvət etmişdilər. Bir dəfə oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. "Çərşənbə günündə, çeşmə başında..." zümzümə edib, mikrofonu ona verdim. Mikrofona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrofonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nəysə. Bütün qeybətləri etdim burada, Allah qeybətə yazmasın.

Bir dəfə də, cavan uşaq idim. Məclisə getmişdim. Bir dənə də böyük, tanınmış oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikrofonunu mənə verdilər. Ağzımı açan kimi, ömrümdə də yaxşı mikrofonla oxumamışam, uçuram. Gördüm, oxuyan məni görən kimi mikrofonu çəkdi. Bir şey ki, Allahdan verilib, onun qabağını ala bilməzsən". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR