Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda vətəndaşlıq almaq üçün dövlət dilini bilmək tələbləri müəyyən edilib.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, 2024-cü il oktyabrın 8-də Qazaxıstanın elm və ali təhsil naziri Qazaxıstan Respublikasında vətəndaşlıq almaq üçün yeni tələbləri təsdiqləyib.
Sənəddə qeyd olunur ki, Qazaxıstan Respublikasının vətəndaşlığını almaq və ya vətəndaşlığının bərpası üçün dövlət dilinin ibtidai səviyyədə bilik həcmini ən azı 36 bal, Qazaxıstan Respublikası konstitusiyasının əsaslarını ən azı 9 bal, habelə Qazaxıstan tarixini ən azı 15 bal səviyyəsində bilmək müəyyən edilib., - sənəddə deyilir.
Sərəncam ilk rəsmi dərc edildiyi gün, oktyabrın 12-də qüvvəyə minib.
Hazırda Qazaxıstanda yaşayan və qazax dilini bilməyən milyonlarla slavyan mənşəli şəxsin vətəndaşlıq məsələsinin necə olacağı müəmmalıdır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ