İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yeni səfiri: “Bir millət, iki dövlət” anlayışını daha da gücləndirəcəyik

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Xarici işlər naziri Hakan Fidana təşəkkür edib. 

Musavat.com xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində yazıb.

Yeni səfir qeyd edib ki,  Türkiyə ilə Azərbaycan arasında mövcud olan “bir millət, iki dövlət” prinsipi əsasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə öz fəaliyyətinə başlayacaq.

"Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə təyin olunmağım münasibətilə, Prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımı bildirirəm.

Birlikdə işləməkdən qürur duyduğum Xarici işlər naziri Cənab Hakan Fidana verdiyi dəstəyə görə təşəkkür edirəm.

Bu şərəfli vəzifəmiz müddətində Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” anlayışı ilə əməkdaşlığını, qardaşlığını və ittifaqını bütün sahələrdə inkişaf etdirməyə davam edəcəyik", - Birol Akgün yazıb. 

 

Musavat.com

Screenshot_2.png (88 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR