Onlayn ictimai-siyasi qəzet
Türkiyə hökuməti ABŞ-ın qarşıdakı dövrdə anti-Rusiya sanksiyaları çərçivəsində ölkənin maliyyə qurumlarına tətbiq etdiyi təzyiqləri azaldacağını gözləyir.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Ahaber telekanalına deyib: “Bizim şirkətlər, xüsusilə banklarımız Rusiyaya qarşı sanksiyalar kontekstində güclü təzyiq altındadırlar . Biz bu təzyiqin gələcəkdə zəifləyəcəyini və ya hətta tamamilə dayanacağını gözləyirik. Əgər Ukraynaya sülh gələrsə, həm Ukraynada, həm də Rusiyada podrat xidmətləri, eləcə də sərmayələr sahəsində əhəmiyyətli artım olacaq. Biz ABŞ-la ticarət sahəsində əlaqələrin inkişaf perspektivlərini ehtiyatlı nikbinliklə qiymətləndiririk. Embarqonun götürülməsi də daxil olmaqla, müdafiə sənayesindəki bəzi ehtiyaclarımızın qarşılanacağını, daha balanslı, ədalətli şərtlərin təmin ediləcəyini, Türkiyəyə ədalətli yanaşma, xüsusilə də polad və tekstil məhsullarımıza gömrük rüsumlarının azaldılmasını gözləyirik”.
2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp digər ölkələrlə bərabər Türkiyəyə münasibətdə də polad və alüminiuma rüsumların artırılmasını təsdiqləyib. Bu rüsumlar alüminium üçün 20 faizə qədər, polad üçün isə 50 faizdir. Bu addım bir sıra siyasi fikir ayrılıqları səbəbindən Vaşinqtonla Ankara arasında münasibətlərin ciddi soyuması fonunda atılıb. ABŞ, həmçinin Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi alması ilə bağlı problemlərə görə pulunu ödədiyi F-35 qırıcılarının bir neçə hissəsini Türkiyəyə vermədi və onu bu layihədən kənarlaşdırdı.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ