İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Hatay vilayətində 7 İŞİD-çi ələ keçirildi

Türkiyədə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 7 terrorçu yaxalanıb.

Musavat.com xəbər verir ki, sözügedən əməliyyat Türkiyənin Hatay vilayətində keçirilib.

MİT Başçılığı, Hatay Təhlükəsizlik Müdirliyi, Xüsusi Hərəkat Şöbə Müdirlikləri və Jandarma Komandanlığının iştirakı ilə həyata keçirilən əməliyyatda, Reyhanlıda cəmi 5, Mersində isə 2 İŞİD terror təşkilatına bağlı fəaliyyət göstərən təşkilat üzvləri ələ keçirilib.

Ələ keçirilən terrorçuların gizləndiyi məkandan 3 sənədsiz tapança, 146 patron, 1 durbin, 5 yuxu kisəsi, 1 top sarğı bezi, 5 injektor və 2 bıçaq ələ keçirilib.

Həmin məkanın təşkilati xarakter daşıdığı dəyərləndirilib. Daha sonra sözügedə evdə 9 ədəd mobil telefon, 6 ədəd SİM kart, 2 ədəd yaddaş kartı, 2 ədəd sərt disk, 2 ədəd çadır və 1 ədəd saxta nömrə nömrəli motosiklet götürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR