Onlayn ictimai-siyasi qəzet
Rusiyanın "Lokomotiv Kalininqrad"ın türkiyəli voleybolçusu Ebrar Karakurt İstanbulda gecə klubunda dava salıb.
Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə Ensonhaber məlumat yayıb.
Qeyd olunub ki, spirtli içkini çox qəbul edən idmançı sərxoş vəziyyətdə səhnəyə çıxıb və konsertdə çıxış edən türkiyəli sənətçi Melsum Erdostun mikrofonunu əlindən alaraq oxumağa başlayıb.
Mənbənin sözlərinə görə, voleybolçu ilə müğənni arasında qısamüddətli dava düşüb, bundan sonra mühafizəçilər vəziyyətə müdaxilə edərək idmançını klubdan çıxarıblar.
Karakurtun 24 yaşı var və cari mövsümün əvvəlindən "Lokomotiv"də çıxış edir. 2023-cü ildə Türkiyə millisinin tərkibində voleybolçu Avropa Çempionatının və Millətlər Liqasının qalibi olub.
Rusiya Superliqasının müntəzəm çempionatında Karakurt 442 xal toplayaraq bombardir olub.
Kalininqradın "Lokomotiv"i mövsüm cədvəlində 4-cü yeri tutur. Komanda 6 məğlubiyyətlə 17 qələbə qazanıb və 54 xal toplayıb. Növbəti mərhələdə "Lokomotiv" martın 10-da "Minsk"i qəbul edəcək.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ