Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni Ferdi Tayfurun səhhəti ağırlaşıb.
Sənətçi təcili olaraq Muğlanın Menteşe bölgəsindən tibbi helikopterlə Antalyaya aparılıb. O burada reanimasiyaya yerləşdirilib.
İfaçının soyuqdəymə səbəbindən vəziyyətinin pisləşdiyi qeyd edilib.
79 yaşlı Ferdi orada Özel Yücelen xəstəxanasında müalicə olunurdu.
Xatırladaq ki, sənətçinin 2020-ci ildə oğlundan alınan böyrəyi ona köçürülüb. O uzun müddət idi ki səhhətində problem yaşamırdı. /baku.ws/
18 Dekabr 2024
17 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ