İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian MAQATE-ni İsfahandakı gizli obyektə baxış keçirməyə çağırdı

İran prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) İsfahan vilayətində hərbi obyektin inşa edildiyi iddia olunan əraziyə baxış keçirməyi təklif edib. Musavat.com xəbər verir ki, Pezeşkian bu barədə NBC telekanalına müsahibəsində danışıb.

“The Washington Post”un İranda hərbi obyektin inşası ilə bağlı dərc etdiyi məqaləyə münasibət bildirmək istəyinə cavab olaraq Pezeşkian vurğulayıb ki, “güman edilən peyk görüntüləri əsasında nəsə dərc etmək yersizdir”. O, bunun "reallıqla heç bir əlaqəsi olmayan bir mənzərə yaratmaq üçün" edildiyini söyləyib: “Yoxlamaların şəxsən, yerində aparılması daha sadə, daha görünən və nümayiş etdirilən olmazdımı”?

Pezeşkian əlavə edib ki, İran hakimiyyəti “bu yaxınlarda MAQATE ilə razılığa gəlib” və agentlik nümayəndələri “gəlib yoxlama apara bilərlər”.

Qeyd edək ki, “The Washington Post” peykdən çəkilmiş görüntülərə istinadla yazıb ki, İran son aylarda İsfahan vilayətində Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib. Qəzetin yazdığına görə, “məqsədi bilinməyən” obyektin tikintisi ABŞ-ın İranın üç nüvə obyektinə zərbə endirməsindən sonra sürətlənib. WP İran liderlərinin əvvəllər bu qurğunun uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalı məqsədilə istifadə oluna biləcəyi barədə məlumat verdikləri məlumatlara istinad edib. Bununla belə, qəzetin istinad etdiyi ekspertlər hesab edirlər ki, bu qurğu birbaşa uranın zənginləşdirilməsi və ya saxlanması üçün də istifadə oluna bilər.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR