Onlayn ictimai-siyasi qəzet
Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampa “Tren de Aragua” narkotik kartelinin liderlərinin tapılması və ələ keçirilməsində əməkdaşlıq təklif edib. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg öz mənbələrinə istinadən yayıb.
Bildirilir ki, “Maduro bir sıra Amerika ölkələrində fəaliyyət göstərən və Tramp üçün prioritet olan Venesuelalı dəstə “Tren de Araqua”nın ən çox axtarılan liderlərini tapmağa kömək edə biləcəyini söyləyib”.
Agentliyin məlumatına görə, Maduro bu təklifi sentyabr ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenel vasitəsilə çatdırıb. Ağ Evin sözçüsü Bloomberg-ə bildirib ki, ABŞ administrasiyası Maduronu və onun hökumətini qeyri-legitim hesab edir və buna görə də hazırda Venesuela tərəfinin xeyrinə ola biləcək heç bir danışıqlar aparılmır.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ