Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İrana qarşı sanksiyaların təxirə salınması müddətinin uzadılmasını nəzərdə tutan qətnaməni qəbul etməyib.
Qətnamədə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin altı ay müddətinə uzadılması təklif edilirdi.
Rusiya, Çin, Pakistan və Əlcəzair qətnamənin lehinə, 9 ölkə, o cümlədən Fransa, ABŞ və Böyük Britaniya isə əleyhinə səs verib. Koreya Respublikası və Qayana bitərəf qalıb. BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini qəbul etməsi üçün onu Təhlükəsizlik Şurasının doqquz üzvü dəstəkləməli, beş daimi üzvdən heç biri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) onun əleyhinə səs verməməlidir.
Rusiyanın Daimi Nümayəndəliyi bildirib ki, BMT Təhlükəsizlik Şurasının İranla nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinin müddəti oktyabrın 18-də bitəcək və həmin gündən sanksiyalar bərpa olunacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasının İranın nüvə problemi ilə bağlı qətnaməsini rədd etdikdən sonra bildirib ki, ABŞ diplomatiyaya “xəyanət edib”, Avropa Üçlüyü isə onu “dəfn edib”.
Əraqçi deyib ki, İran BMT Təhlükəsizlik Şurasının prezidentini İrana qarşı sanksiyaların bərpası ilə bağlı bugünkü qərarını qanunsuz elan etməyə çağırır.
Musavat.com
27 Sentyabr 2025
03:11 Azərbaycan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 10 ölkə ilə sazişlər imzalayıb
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ