İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli deputatlar Mahmud Abbasın çıxışını Azərbaycan bayrağı ilə dinlədilər - FOTO

Fələstin prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxış edib.

Musavat.com xəbər verir ki, İYİ Partiya təmsilçilərinin prezidentin çıxışını Azərbaycan bayrağı ilə dinləməsi diqqət çəkib. Parlamentin Baş Assambleyasında bu gün Fələstinlə bağlı xüsusi iclas keçirilib. Prezident Mahmud Abbas parlamentin fəxri qonağı kimi deputatlara müraciət edib.

Mahmud Abbas çıxışı zamanı millət vəkilləri tərəfindən dəfələrlə alqışlanıb. Mahmud Abbas çıxışına davam edərkən qısa bir fasilə verib və Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün Fatihə oxuyub. 

Screenshot_2.png (343 KB)

M.Abbas qeyd edib ki, biz dik durmağa davam edəcəyik, torpaqlarımızı tərk etməyəcəyik. Xalqımız qəsbkarları oradan (Fələstindən) nə olursa olsun qovacaq.

O həmçinin Qəzzaya humanitar yardım etdiyinə görə Türkiyəyə dəfələrlə təşəkkür edib. 

Screenshot_1.png (481 KB)

AZƏRBAYCAN BAYRAĞI DİQQƏT ÇƏKDİ

Fələstin prezidenti Mahmud Abbas TBMM-də çıxış edərkən İYİ Partiya millət vəkillərinin qarşısında Azərbaycan bayrağının olması diqqətçəkən anlıq görüntü kimi kameralara düşüb. 

SƏBƏBİ MARAQ DOĞURDU

İYİ Partiya üzvlərinin bu münasibəti Fələstin Dövlətinin Qarabağ müharibəsində ermənipərəst mövqe tutması və Azərbaycanı dəstəkləməməsi kimi şərh edilib.

Bundan başqa, Fələstin Çin hökumətinin təzyiqi altında olan və sistemli şəkildə soyqırıma məruz qalan uyğur türklərinə qarşı susub, Çin dövlət siyasətini dəstəkləyib, uyğur türklərinə edilən zülmə məhəl qoymayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR