Onlayn ictimai-siyasi qəzet
Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayı 45 min 89-a yüksəlib.
Musavat.com bununla bağlı Türkiyə mediasına istinadən bildirir.
Çoxsaylı insan itkisi Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığı əhatə edir. Bölgədən təxliyə edilən və öz imkanları ilə getdikləri əyalətlərdəki rəsmi qurumlara müraciət edərək qeydiyyata alınanların sayı 1 milyon 971 min 589-a çatıb.
Fəlakət bölgəsində 358 min 37 çadırın quraşdırılması başa çatdırılıb.
11 vilayət və 332 məntəqədə konteyner şəhərcikləri yaradılıb. 10 vilayət və 162 nöqtədə isə konteyner şəhərciklərinin tikintisi davam edir.
Fəlakət bölgəsində və onun hüdudlarından kənarda çadırlarda, konteynerlərdə, yataqxanalarda, mehmanxanalarda, ictimai qonaq evlərində və digər obyektlərdə sığınacaq xidməti ilə təmin olunanların sayı 1 milyon 915 min 687 nəfərə çatıb.
AFAD-dan verilən açıqlamaya görə, Kahramanmaraş və digər şəhərlərdəki dağıdıcı zəlzələlərdən sonra 11 min 20 təkan qeydə alınıb.
Musavat.com
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ