Onlayn ictimai-siyasi qəzet
"Türkiyə-Azərbaycan münasibətlərinin uzun tarixi var. Ölkələrimiz arasında bir neçə müqavilə imzalanıb ki, bunlar dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini ən yüksək səviyyəyə qaldırıb. Qərbi Azərbaycan İcması yaranan gündən Türkiyə Cümhuriyyətindən qonaqlar icmanın qonağı olublar. Qonaqlara Qayıdış Konsepsiyası haqqında məlumat verilib".
Musavat.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
O qeyd edib ki, Azərbaycanın bütün problemlərinin həllində qardaş Türkiyə hər zaman yanımızda olub:
"Qərbi Azərbaycana qayıdış Azərbaycanın əsas hədəflərindən biridir. Şübhə etmirik ki, bu məsələdə də Türkiyə yanımızda olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə ərazisində xeyli sayda Qərbi Azərbaycan əsilli vətəndaş yaşayır.
Hesab edirik ki, həmin insanların da öz ata-baba yurdlarına qayıtmaq kimi haqq və hüquqları var. Bu, həm də beynəlxalq hüquq məsələsidir".
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ