İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Ukrayna ilə bağlı qalmaqallı açıqlamalar – Tramp münaqişəyə sahib çıxmır, Vatikan “elegant deyil”

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə ikinci danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, Lavrov Moskvanın memorandum üzərində artıq “irəliləmiş mərhələdə” işlədiyini bildirib.

Eyni zamanda Lavrov Vatikanın mümkün danışıqlar məkanı kimi nəzərdən keçirilməsini tənqid edərək bu ssenarini “real deyil” adlandırıb. Onun fikrincə, pravoslav dövlətlərin katolik məkanında bu qədər ciddi məsələləri müzakirə etməsi “bir qədər qeyri-eleqant” görünür.

Lavrov həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinə münasibətini şərh edərək bildirib ki, Tramp bu savaşı “öz münaqişəsi hesab etmir” və Qərbin Ukraynaya şərtsiz dəstək vermək siyasətindən fərqli yanaşma nümayiş etdirir.

Rusiya XİN rəhbəri əlavə edib ki, Ukrayna tərəfi Qərbin ona daim yaşıl işıq yandıracağına ümid edirdi, lakin Tramp bu illüziyanı dağıtdı.

Sonda Lavrov Zelenskinin legitimliyi məsələsinə də toxunaraq vurğulayıb ki, sülh sazişi imzalanacağı təqdirdə bu məsələ “prinsipial əhəmiyyət” daşıyacaq və danışıqların hüquqi əsaslarını ciddi şəkildə təsirləndirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR