İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyetnamdan Telegrama qadağa – Fırıldaqçılıq və terrora görə bağlanır


Vyetnam hökuməti populyar mesajlaşma platforması olan Telegram-ın ölkədə bloklanmasına göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, Telegram ölkənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edib və bu, kriminal fəaliyyətlərlə mübarizəni çətinləşdirib. Polis qeyd edir ki, ölkədə fəaliyyət göstərən 9600-dən çox Telegram kanalından 68%-i qanunları pozur – o cümlədən fırıldaqçılıq, narkotik ticarəti və bəzi hallarda terror fəaliyyəti ilə məşğuldur.

Vyetnamın telekommunikasiya şirkətlərinə göstəriş verilib ki, Telegram-a girişin bloklanması üçün texniki tədbirlər görsünlər və iyunun 2-dək bu barədə rəsmi hesabat təqdim etsinlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR