İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə sürpriz gəlişmə: DEM partiyası MHP lideri Baxçalı ilə görüşəcək


Türkiyədə terrorçu PKK təşkilatına yaxınlığı ilə bilinən DEM Partiyasının heyəti yeni ildə başda AK Partiya, CHP və MHP olmaqla əsas siyasi partiyalarla görüşmələrə başlayır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, partiya nümyəndələri bu gün Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə görüşəcəklər.
Partiya bununla bağlı rəsmi bəyanat da yayıb.

Açıqlamada partiya nümayəndələrinin bu gün saat 13.30-da Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, saat 15.00-da isə MHP sədri Dövlət Baxçalı ilə görüşəcəkləri qeyd olunub.

Saat 15.00-da keçirilməsi planlaşdırılan toplantıya DEM Partiyasından Əhməd Türk də qatılacaq.

Qeyd edək ki, DEM partiyasının təmsilçiləri bu günlərdə İmralı adasnda terror təşkilatının lideri Abdullah Öcalanla da görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR