İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə silahlı hücum: Azərbaycan vətəndaşı yaralandı

İstanbulun Şişli rayonunda yerləşən bir restoranda silahlı hücum nəticəsində 3 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, hadisə Böyükdərə prospektində bir otelin restoran hissəsində baş verib. Naməlum 2 şəxs restoranda oturan 3 nəfərə atəş açıb. Hücumdan sonra şübhəlilər ərazidən qaçıblar.

İhbar əsasında hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb. Məlumata görə, Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül yaralanıb.

Hazırda polis şübhəlilərin tutulması üçün əməliyyat tədbirlərini davam etdirir. 

Mənbə: https://haberglobal.com.tr/gundem/istanbulda-restorana-silahli-saldiri-3-kisi-yaralandi-432300

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR