Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Antalya vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Musavat.com yerli KİV-ə istinadla xəbər verir ki, sərnişinlər arasında Rusiya və Belarus vətəndaşları, o cümlədən uşaqlar da olub. Ümumilikdə avtobus 20-yə yaxın insanı hava limanına aparırmış.
İlkin məlumata görə, 16 turist xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilir. Media nəqliyyat vasitəsinin sürücüsünün həlak olduğunu yazır.
Avtobusun tam sürətlə dirəyə çırpıldığı məlum olub. Yayımlanan görüntülərdən belə çıxır ki, avtomobilin ön hissəsi ciddi zədələnib.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ