Onlayn ictimai-siyasi qəzet
Türkiyədə istehlakçı hüquqlarının qorunması istiqamətində atılan addımlar davam edir. Bu dəfə hədəfdə dünyaca məşhur idman brendi olub.
Musavat.com xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi "New Balance" şirkətinə qarşı ciddi maliyyə sanksiyası tətbiq edib. Şirkət bəzi idman ayaqqabısı modellərində donuz dərisindən istifadə etdiyini istehlakçılara bildirmədiyi üçün 1 milyon 730 min lirə (təxminən 45 min dollar) məbləğində cərimələnib.
Nazirlik bu cəzanın istehlakçıların məhsul tərkibi ilə bağlı şəffaf şəkildə məlumatlandırılmasının vacibliyini vurğulamaq məqsədi daşıdığını bildirib. Müsəlman əhalinin dini həssaslıqları da nəzərə alınaraq, belə hallara qarşı sıfır tolerantlıq göstəriləcəyi qeyd olunub.
Məsələ ictimaiyyət arasında da geniş rezonans doğurub və sosial mediada brendə qarşı narazılıq səsləri artıb.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ