Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Diyarbakırın Çınar və Mardinin Mazıdağı rayonları arasındakı ərazidə başlayan yanğın qısa müddətdə böyüyərək geniş ərazini əhatə edib.
Çətinliklə nəzarət altına alınan və soyutma işlərinə başlanılan yanğında 5 nəfər həyatını itirib, 10-u ağır olmaqla 44 nəfər yaralanıb.
Məlumata görə, çox sayda yaralı müalicə olunmaq üçün Çınar Dövlət Xəstəxanasına və şəhər mərkəzindəki xəstəxanalara aparılıb.
Diyarbakır valisi Əli İhsan Su, Çinar İlçe Baş məmuru Məhəmməd Fatih Günlü və İl Jandarma Komandiri general-mayor Səlcuq Yıldırım Çınar rayonunda yanğın bölgəsinə gələrək araşdırma aparıblar./BAKU.WS
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ