Onlayn ictimai-siyasi qəzet
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatına görə, 2023-cü ilin ikinci rübündə G20 ölkələrində əvvəlki üç ayla müqayisədə cəmi 0,7 faiz iqtisadi artım qeydə alınıb. Bu isə o deməkdir ki, iqtisadi artım birinci rübdə dəqiqləşdirilmiş 1 faizdən aşağı olub.
Musavat.com xəbər verir ki, hesabatda bərpanın zəifləməsinin əsasən Çində yavaş artımla bağlı olduğu bildirilir. Çin iqtisadiyyatı əvvəlki üç ayda 2,2 faiz artdıqdan sonra aprel-iyun aylarında 0,8 faiz genişlənib.
İqtisadiyyatın bərpası Braziliyada (birinci rübdə 1,8 faizdən ikinci rübdə 0,9 faizə qədər) və Hindistanda (2,1 faizdən 1,9 faizə qədər) də yavaşlayıb. Kanada və Avropa Birliyində yanvar-mart aylarında müvafiq olaraq 0.6 faiz və 0.2 faiz artımdan sonra ikinci rübdə sıfır dəyişiklik qeydə alınıb. Bundan başqa, İtaliyanın ÜDM-i 0,4 faiz, Səudiyyə Ərəbistanınınkı 0,1 faiz azalıb.
Eyni zamanda Türkiyə iqtisadiyyatı birinci rübdə 0,1faiz azaldıqdan sonra aprel-iyun aylarında 3,5 faiz artıb. Fransa, Yaponiya, Cənubi Koreya, Cənubi Afrika və Böyük Britaniyada da artım templəri sürətlənib.
İkinci rübdə G20 ölkələrinin ÜDM-i pandemiyadan əvvəlki səviyyədən (2019-cu ilin dördüncü rübü) 8,8 faiz yüksək olub. Bununla belə, Böyük Britaniya iqtisadiyyatı coviddən əvvəlki səviyyələrdən aşağıda qalır.
OECD 2021-ci ilin dördüncü rübündən etibarən Rusiya ilə bağlı məlumatları nəzərə almır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ