Onlayn ictimai-siyasi qəzet
Britaniya yaxın həftələrdə Ukraynadakı cəbhə bölgəsinə özünün “Raven” hava hücumundan müdafiə sisteminin ən son versiyasını, o cümlədən, istilik yayıcıları olan saxta raketlər partiyasını göndərəcək.
Musavat.com xəbər verir ki, məlumatı The Times yayıb.
Kral dəniz piyadaları polkovniki Olli Toddun sözlərinə görə, müharibənin ilk aylarında Ukraynaya çatdırılan Raven sistemi prezident Vladimir Zelenskinin sarayını qorumaq üçün uğurla istifadə edilib.
Qeyd olunur ki, Ukraynaya göndərilən “Asraam” raketləri ciddi saxlama müddəti standartlarına görə Böyük Britaniyada döyüş istifadəsi üçün yararsız hesab edilib.
Todd bildirib ki, onlardan sadəcə sınaq atışları üçün istifadə etmək əvəzinə, Britaniya ordusu raketləri Ukraynanın döyüşdə istifadə edə biləcəyi yerüstü hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək ideyasını təklif edib: "Ukrayna bu günə qədər bu sistemin 400-ə yaxın buraxılışını həyata keçirib. Onun İranın "Şahed" pilotsuz təyyarələri və qanadlı raketlərinə qarşı effektivliyi 70 faiz qiymətləndirilir ki, bu da "Raven"i Ukraynanın arsenalındakı ən effektiv hava hücumundan müdafiə sistemlərindən birinə çevirir. Raketlər uzaqdan – idarəetmə pultu vasitəsi ilə buraxıla bilər".
British Forces Broadcasting Service-in məlumatına görə, Böyük Britaniya Ukraynaya beş “Raven” zenit sistemi təhvil verəcək. Hazırda səkkiz belə qurğu Ukrayna səmasını uğurla qoruyur.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ