Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynada 30 günlük atəşkəs təklifinə baxacaq.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "CNN" telekanalına açıqlamasında bildirib.
“Biz bu haqda düşünməliyik. Bu yeni inkişafdır. Bizim öz mövqeyimiz var”, – deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl üç günlük atəşkəs elan edib.
“Siz Kiyevdən bununla bağlı hər hansı reaksiya eşitmisinizmi? Xeyr, biz də eşitməmişik. Kiyevin bu təklifə cavab verməməsi və ya vermək istəməməsi ilə bağlı hər hansı tənqid səsləndimi? Yenə də xeyr. Əgər Kiyev atəşkəs istəyirsə, niyə heç olmasa 3 günə razı olmur?”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Avropa liderlərinin 12 maydan etibarən qüvvəyə minəcək 30 günlük atəşkəs təklifinin Rusiyanı çətin vəziyyətə salıb-salmadığına dair suala Peskov “Xeyr, elə düşünmürəm” cavabını verib.
Mayın 9-da Peskov TASS-a açıqlamasında bildirib ki, Ukrayna ilə uzunmüddətli atəşkəsin ciddi şəkildə müzakirəsi müəyyən incəliklər nəzərə alınmadan mümkün deyil.
"ABC News" telekanalına müsahibəsində o deyib ki, silah tədarükü dayandırılmadan əldə edilən atəşkəs “Ukrayna üçün üstünlük yaradacaq və Kiyev tam səfərbərliyi davam etdirərək cəbhəyə yeni qüvvələr göndərəcək”.
Peskov əlavə edib ki, Prezident Putin münaqişənin sülh və diplomatik yollarla həlli üçün mümkün olan hər şeyi edir.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ