Onlayn ictimai-siyasi qəzet
"Səsi, sənəti olan adamın həmişə böyük abır-həyası olur. İndi səsi olmayanlar dəbdədir. Onlar yalnız efirdə çayxana söhbətləri edirlər. İstər kişisi, istərsə də qadını. Biri-birlərini tərifləyirlər, şabaş verirlər. Bizim vaxtımızda bele şeylər ayıb idi".
Bu sözləri Xalq artisti Zaur Rzayev "Günə bax" verilişində deyib. Sənətçi səsi olmayanların efiri işğal etdiyini bildirib:
"O vaxt rayondan toy danışmağa gəlirdilər. Deyirdik ki, nə danışmaq, əsas o günə boş olaq. Pul danışmırdıq, deyirdik ki, nə istəsən verərsən. Amma indi heç yerdə özünə iş, sənət tapmayanlar gəlib efiri işğal edib. Oğlanlar var ki, boyu 2 metrdir. Dərnəgüldə körpünün altında dayanır, günü 30 manata iş axtarır. Amma bizdə qızlar var ki, saçına, gözünə əl gəzdirir, onu oraya, bunu da buraya qoyur, özünü düzəldir və deyir ki, toya 7 minə gedirəm. Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin, kasıbla, yetimlə paylaşın". (Axşam.az)
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ