Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Almaniyanın Ukraynaya 100 Patriot hava hücumundan müdafiə raketi və 125 uzaq mənzilli raket verməsini təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı New York Times (NYT) ABŞ Konqresindəki mənbəyə istinadən yayıb.
Nəşr qeyd edir ki, bu silahlar ABŞ ərazisində istehsal olunur və başqa dövlətə məxsus olsa belə, Amerika hökumətinin icazəsi olmadan ixrac edilə bilməz.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABC News telekanalına müsahibəsində bildirib ki, Ukraynada uzunmüddətli atəşkəs Kiyevə silah tədarükünü dayandırmadan “Ukrayna üçün üstünlük yaradacaq və Ukrayna cəbhəyə yeni qoşunların köçürülməsi ilə total səfərbərliyi davam etdirəcək”.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ