Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda qadını "yanlış" jaketə görə saxlayıblar.
Musavat.com xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində 53 yaşlı Lyudmila adlı qadını jaketində "Miki Maus"un təsviri və boz, mavi, sarı rənglərdə zolaqlar olduğu üçün saxlanılıb.
Hüquq-mühafizə orqanlarının yaydığı məlimata görə, jaketin rəngləri Ukrayna bayrağını xatırladır və "ekstremizm əlamətləri" olduğu iddia edilib. Həmçinin, hüquq-mühafizə orqanları Lyudmilanın düşmən kəşfiyyatında işləyə biləcəyini də irəli sürüblər.
Jaket götürülüb və qadın bölməyə aparılaraq izahat yazmağa məcbur edilib.
Kadrları təqdim edirik:
Toğrul İSMAYIL,
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ