İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanlı generaldan Türkiyəyə ŞOK HƏDƏ: "İstəsək, yerlə-yeksan edərik!"

Hindistanın təqaüddə olan və qalmaqallı general-mayoru Qaqan Dip Bakşi Türkiyənin bölgə ilə bağlı addımlarına qarşı açıqlamasında "Hindistanın nüvə gücü olduğunu unudursunuz. İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik" deyib.

Musavat.com xəbər verir ki, o, Pakistan-Hindistan müharibəsinə Türkiyənin də müdaxilə etdiyini və Türkiyə tərəfindən Kəşmir bölgəsinə 3 min nəfərin göndərildiyini də iddia edib.

Bundan əlavə, Türkiyənin Hindistana birbaşa düşmən olduğunu xatırladan Bakşi “lazım gələrsə”, nüvə silahı ilə Türkiyəni “cəhənnəmə çevirə biləcəklərini” bildirib.

“Dünya gücü olduqlarını göstərməyə çalışırlar. Lakin Hindistanın da qlobal güc olduğunu unutmamalıdırlar. Onların nüvə silahı yoxdur, bizdə var. Onların kosmik qüvvələri yoxdur, bizdə var”, - deyə o, qeyd edib.

@@TVmusavat/114782@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 May 2025

10 May 2025

BÜTÜN XƏBƏRLƏR