Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Hadisə zamanı orada ümumilikdə 238 qonaq olub.
Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.
Yanvarın 22-də ölkədə matəm elan edilib.
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ