Onlayn ictimai-siyasi qəzet
Türkiyə jandarmasının Batman şəhərindəki Gercüş ərazisində həyata keçirdiyi “Bozdağan-45” əməliyyatı nəticəsində qırmızı kateqoriyada olan terrorçu Sultan Dağ öldürülüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, “Beritan Amara” kod adlı terrorçu rəhbər şəxslərdən olub.
Əməliyyat nəticəsində həmçinin “Zeynep Cüdi” kod adlı Zeynep Nibat da öldürülüb.
Adıçəkilən şəxslərin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktında iştirak etdiyi bildirilir.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ