İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə "Əhməd hadisəsi": Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı

Türkiyənin Tekirdağ vilayətinin Muratlı rayonunda 17 yaşlı qız anasını bıçaqla qətlə yetirib, daha sonra atasını, əmisini, bibisini və babasını da yaralayıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qızın anası orta məktəbin direktoru vəzifəsində işləyirmiş.

Qız naməlum səbəbdən mətbəxdən götürdüyü bıçaqla ilk olaraq yataq otağında yatan anası, 41 yaşlı Nilayı və atası, 44 yaşlı Muratı bıçaqlayıb. Ardından binanın birinci mərtəbəsindəki mənzilə enib və orada əmisi, 42 yaşlı Gürcana, əmisinin arvadı, 39 yaşlı Fatmaya və 65 yaşlı babası Celilə də bıçaqla hücum edib və onları yaralayıb.

Hadisə yerinə polis və sağlamlıq qrupları cəlb edilib, 5 nəfər yaralı halda xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan Nilayı həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Reanimasiyada olan atanın isə həyatının təhlükədə olduğu bildirilir.

Cinayəti törədən qız nəzarət altına alınıb.

Xatırladaq ki, 2024-cü il fevralın 13-də saat paytaxt Bakının Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov anası, Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan 1977-ci il təvəllüdlü Pikə Əhmədovanı, atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu və qardaşı, 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu balta ilə qətlə yetirib. Həmçinin bacısının yaşadığı ünvana gedərək bacısı, 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da balta ilə öldürüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR