Onlayn ictimai-siyasi qəzet
“Bir sıra analitiklərin fikrincə, Rusiya prezidentinin Türkiyədə keçirilməsini təklif etdiyi danışıqlar alınmasa, Moskva münaqişənin daha sərt mərhələsinə keçə bilər”.
Musavat.com xəbər verir ki, bu barədə pravda.ru saytı yazır. Bildirilir ki, Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərində hərbi əməliyyatlar yeni taktikanın tərkib hissəsidir: “ Rusiya “B planı”nı həyata keçirilə bilər. Sumı da daxil olmaqla əsas yaşayış məntəqələrini ələ keçirdikdən sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın dərinliklərinə, Poltava və Dneprə qədər irəliləyə bilər. Məqsəd Rusiya ərazilərinin atəşə tutulması təhlükəsinin istisna olunduğu “bufer zonası” adlanan təhlükəsizlik zonasının genişləndirilməsi ola bilər. Analitiklərin fikrincə, belə zonanın yaradılması Ukrayna ərazisinin əhəmiyyətli hissəsinə təsir göstərə bilər. Ukrayna qismən Kiyevdəki mövcud hakimiyyətin nəzarətində qalsa belə, Rusiya bunu öz təhlükəsizliyinə təhdid kimi qəbul edəcək”.
O da qeyd olunur ki, Rusiya belə bir planı işə salacağı təqdirdə ABŞ-ın mümkün addımları da müzakirə olunur: “Tramp gərginliyi azaltmağa hazır olduğunu nümayiş etdirmək üçün Kiyevə hərbi dəstəyi məhdudlaşdırmağa cəhd edə bilər. Amma Rusiyaya sanksiyalar artıq təhlükə deyil: ölkə Qərbin təzyiqlərinə uyğunlaşıb.
Qərbin 2014-cü ildən və xüsusilə 2022-ci ildən sonra artırdığı çoxsəviyyəli sanksiya təzyiqi artıq Rusiya iqtisadiyyatına sarsıdıcı təsir göstərmir. Son illərdə Rusiya davamlı uyğunlaşma mexanizmlərini inkişaf etdirdi, daxili resurslara yönləndirdi və alternativ bazarlarla - Çindən Yaxın Şərqə və Afrikaya qədər əlaqələri gücləndirdi.
İdxalın əvəzlənməsi, maliyyə suverenliyinin inkişafı, milli valyutalarda hesablaşmalara keçid və real sektora investisiyalar sanksiyaların nəticələrini yumşaltmağa imkan verir. Sanksiyalara baxmayaraq, Rusiyada iqtisadi artım davam edir, rubl sabitdir, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Rusiya hakimiyyəti sanksiyaların “yeni normaya” çevrildiyini, lakin ölkəni çökdürə bilmədiklərini vurğulayır”.
Rusiya mediası mayın 9-dakı paradda Vladimir Putinlə Çin prezidenti Si Cinpin arasında çox canlı ünsiyyəti Qərbdə isteriya və qorxuya səbəb oldu. “Təsdiqlənməmiş məlumatlara görə, ABŞ Kiyevə sülh danışıqları üçün mayın 9-dək vaxt vermişdi. Əgər bu baş verməsə, o zaman Vaşinqton bu münaqişədən çəkiləcək və Ukrayna Rusiyanın özü ilə döyüşmək üçün təkbətək qalacaq”.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ