İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən sərt açıqlama — torpaq məsələsində güzəşt yoxdur

Ukrayna Xarici İşlər Naziri Andrey Sibiga Çexiya Xarici İşlər Naziri Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna müharibənin başa çatması qarşılığında Rusiyaya heç bir torpaq sahəsinin verilməsi ssenarilərini nəzərdən keçirmir.

Musavat.com xəbər verir ki, Sibiga vurğulayıb ki, Ukrayna ərazi bütövlüyündən və suverenliyindən heç bir güzəştə getməyəcək.

O, həmçinin Avropa və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığın davam etdiriləcəyini və münaqişənin yalnız diplomatik yolla həllinin mümkün olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR