Onlayn ictimai-siyasi qəzet
İsrail dekabra qədər, bəlkə də avqustun sonlarında İrana qarşı yeni müharibəyə başlaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail bu il uranın zənginləşdirilməsi prosesindən asılı olmayaraq, İranın hərbi üstünlüyə meydan oxuya biləcək imkanlarını inkişaf etdirməsinin qarşısını almaq məqsədilə yenidən İrana zərbə endirə bilər.
Nəşr qeyd edir ki, İsrail İrana raket arsenalını yeniləmək, hava hücumundan müdafiə sistemlərini bərpa etmək və qabaqcıl sistemləri yerləşdirmək üçün vaxt vermək fikrində deyil.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ