İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü müxalifəti və hökuməti bir-birini yeyir - Zəngəzur dəhlizinə görə

Tina Bokuçava: “Gürcüstan mühüm geosiyasi prosesdən kənarda qalıb”

Gürcüstanın müxalif “Birləşmiş Milli Hərəkat” partiyasının liderlərindən Tina Bokuçava Ermənistan və Azərbaycan arasında imzalanan ilkin sülh sazişinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, o, bu tarixi hadisədə Gürcüstanın iştirak etməməsini “geosiyasi faciə” adlandırıb.

Bokuçavanın sözlərinə görə, bir vaxtlar Gürcüstan ABŞ-ın bölgədə əsas tərəfdaşı və Ermənistan–Gürcüstan–Azərbaycan üçlüyündən ibarət Assosiasiya Trio-sunun lideri idi. Lakin indi ölkə regiondakı əsas proseslərdən uzaq düşüb. Müxalifətçi bu vəziyyətin məsuliyyətini hazırkı hakimiyyətin üzərinə qoyaraq, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini sərt tənqid edib.

O xatırladıb ki, Mixail Saakaşvilinin prezidentliyi dövründə ABŞ-ın indiki prezidenti Donald Tramp Gürcüstana səfər edərək Batumidə olub və burada Trump Tower tikmək istədiyini bəyan edib.

Bokuçava əlavə edib ki, hazırda Gürcüstan Rusiyanın, İranın və Çin təsiri altındadır ki, bu, ölkənin beynəlxalq arenada təcridini daha da dərinləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR