İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda sürücülərlə bağlı YENİ QƏRAR

Ermənistan Daxili İşlər Nazirliyi bildirir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər bundan sonra əvvəlki 25 min dram (təxminən 65 dollar) əvəzinə 50 min dram (təxminən 130 dollar) cərimə olunacaqlar.

Musavat.com xəbər verir ki, təkrar pozuntu halında isə məsuliyyət cinayət xarakteri daşıyacaq.

Emənistan DİN-in Patrul Xidməti rəis müavini Arman Çilingaryan qeyd edib ki, əgər vətəndaş inzibati məsuliyyətə cəlb olunduqdan sonra bir il ərzində yenidən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən tutulsa, bu, cinayət əməli kimi qiymətləndiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR