İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mən məmurdan niyə nəsə istəməliyəm?"

“10-dan çox ölkədə çəkilmişəm. Uşaq olanda yatıb yuxuma girməyən aktyorlarla indi xaricdə rol alıram. Bu, Allahın mənə verdiyi şansdır. Mənim istedadım ola bilər. Amma əsas Allahın verdiyi şansdır. Hazırda rusların ən böyük klassikası olan “Allah olmaq çətindir”də rol alıram. Amma aktyor fəaliyyətimdən az danışılır”.

Musavat.com xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev “Rövşanə ilə gündəm” verilişində deyib.

O, fəxri ad almamasını belə açıqlayıb:

“Bəzi sənətkarlar var ki, məmurlardan nəsə istəyir. Mən niyə məmurdan nəsə istəməliyəm? Allahdan istəyirəm, o da verir.

Bildiyimə görə, adımı fəxri ad siyahısına salıb, sonra çıxarıblar ki, mən başqa ölkələrdə çəkilirəm. Deyəsən, mən Kolumbiya vətəndaşıyam. Ya da ad almaq üçün baqa-başqa stansiyalara müraciət etmək lazımdır. Mən heç kimə müraciət etməyi düşünmürəm. Anamın qoyduğu gül kimi ad var”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR