Onlayn ictimai-siyasi qəzet
İstanbul və Kütahyanın Simav bölgəsindən sonra bu dəfə Konya da zəlzələ ilə sarsıldı.
Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, saat 07:16-da Konyanın Cihanbeyli bölgəsində 3,9 maqnitudasında zəlzələ baş verib. Zəlzələnin episentri 13,15 kilometr dərinlikdə qeydə alınıb. Bir neçə dəqiqə sonra bölgədə başqa bir zəlzələ daha meydana gəlib.
Bölgədə daha çox zəlzələ olma ehtimalı ilə əlaqədar, AFAD əhalini ehtiyatlı olmağa çağırıb.
Dağıntı və təlafatın olmadığı bildirilir.
Qeyd edək ki, ötən gün İstanbulda baş verən 6,2 maqnitudasında olan zəlzələdən sonra, dünən də Kütahyanın Simav bölgəsi 50-yə yaxın zəlzələ qeydə alınıb./Milli.Az/
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ