Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Sakarya bölgəsinin Akyazı rayonunda Atatürk heykəlini çəkiclə zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Musavat.com bildirir ki, rayonun Ömercikler səmtinin Necati Temel küçəsində naməlum şəxsin Atatürk heykəlini çəkiclə vurduğunu görənlər polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini nəzarətə götürüblər.
Zədələnən heykələ baxış keçirilib.
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ