İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə anbarda güclü partlayış : İnsanlar təxliyə olunur - VİDEO

İstanbulun Başakşehir rayonundakı İkitelli Mütəşəkkil Sənaye Bölgəsində yerləşən Milas küçəsində bu gün səhər saatlarında dəhşətli yanğın baş verib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, kimyəvi maddələrin saxlandığı anbarda naməlum səbəbdən başlayan yanğın bir neçə partlayışa səbəb olub. Alovlar ətrafdakı avtomobillərə də yayılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadalar cəlb olunub.

Müdaxilə zamanı ətraf yollar bağlanıb. Yanğınsöndürənlərin vaxtında və gərgin səyi nəticəsində alov nəzarət altına alınıb. Lakin kimya anbarı tamamilə yararsız hala düşüb, bir neçə avtomobil isə alovda yanaraq külə dönüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR