Onlayn ictimai-siyasi qəzet
ABŞ kəşfiyyatının son hesabatına görə, Hizbullah Yaxın Şərqdəki son itkilərindən sonra səssiz və heç bir açıq reaksiya vermədən bərpa prosesinə başlayıb.
Musavat.com-un xəbərinə görə, məlumatda bildirilir ki, təşkilat raket imkanlarının artıq 40 faizini, şəxsi heyətin isə 30 faizini bərpa edib.
Bundan əlavə, təlim keçmiş qrupların 45 faizi yenidən formalaşdırılıb.
Hesabata əsasən, Hizbullah həmçinin döyüş taktikalarını dəyişərək müdafiə tədbirlərini gücləndirir.
Ekspertlərin fikrincə, bu proses təşkilatın bölgədə yenidən güclənmək və itirilmiş mövqelərini bərpa etmək niyyətindən xəbər verir.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ