Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin beynəlxalq iqtisadi əməkdaşlıq mövzusunda çıxışı zamanı ölkəsinin siyasəti ilə bağlı açıqlama verib.
Musavat.com-un xəbərinə görə, Putin bildirib ki, Moskva heç kimdən üz çevirməyib və əməkdaşlığa açıqdır:
“Rusiya heç kimdən üz çevirməyib. Bizim siyasətimiz açıqdır və biz tərəfdaşlarla işləməyə davam edirik”.
V.Putin həmçinin əlavə edib ki, Moskva heç bir ölkənin inkişafına mane olmaq niyyətində deyil:
“Biz heç kimə təkər altına çubuq soxmaq istəmirik. Əksinə, əməkdaşlığı gücləndirməyə çalışırıq”.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ