İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşı övladının Almaniyada əlindən alındığını deyir - VİDEO

Azərbaycan vətəndaşı Rəşad Cavadov övladının Almaniyada əlindən alındığını deyir.

Bu iddianı “Xəzər Xəbər”ə açıqlamasında Rəşad Cavadov səsləndirib.

Onun iddiasına görə, 2 il əvvəl 15 yaşlı qızı Səadət Cavadovanı müalicə üçün Almaniyaya aparıb.

Ata qızının əməliyyat olunacağını gözləsə də, proses baş tutmayıb. Həmin vaxtdan da orada qalıb. Bu ilin aprelində isə Rəşad Cavadov özünün müalicəsi üçün övladını Almaniya uşaq müdafiəsi qurumuna həvalə edib. Elə hadisələr də bundan sonra baş verib.

Psixoloji problemi olduğunu deyən Rəşad Cavadov orada paranoidal şizofreniyadan müalicə alıb. O, xəstəxanadan çıxdıqdan sonra övladını geri almaq üçün yenidən uşaq müdafiəsi qurumu olan Jugendamta müraciət edib, lakin gözləmədiyi vəziyyətlə üzləşib. Qurum övladını ona geri qaytarmayıb.

Rəşad Cavadov onu da bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

"Xəzər Xəbər" olaraq əldə etdiyimiz məlumata görə, 2 ilə yaxın proses gedib. Azərbaycan səfirliyi müvafiq tədbirlər görüb və vətəndaşın da bu haqda məlumatı var.

Daha ətraflı videomaterialı təqdim edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR