İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə afterşoklar nə vaxtadək davam edəcək? - ABŞ tədqiqatçıları açıqladı

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələlərdən 17 gün keçməsinə baxmayaraq, afterşoklar hələ də davam edir. İki gün öncə Hatayda baş verən zəlzələnin isə əsas yoxsa afterşok olduğu müəmmalı məsələyə çevrilib.

Bəs görəsən Türkiyədə afterşoklar nə vaxtadək davam edəcək?

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ bölgəsində tədqiqat aparan ABŞ-li elm adamları afterşokların illərlə davam edəcəyini açıqlayıblar.

Buna səbəb Kahramanmaraş zəlzələsinin qeyri-adi formada yer səthinə yaxın ərazidə baş verməsidir.

Bölgədəki afterşokları araşdıran ABŞ xəbər agentliyi Yaponiya Meteorologiya İdarəsinin açıqlamalarına əsaslanaraq, Hatay zəlzələsinin 2011-ci ildə Yeni Zelandiyada baş verən Christchurch zəlzələsinə bərabər olduğunu bildirib.

Agentliyin məlumatına görə, afterşoklar əsas zəlzələdən bir neçə saat sonra baş verir və 10 günə qədər davam edə bilər.

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, dərində baş verən zəlzələlərin yerə yaxın zəlzələlərlə müqayisədə afterşokların davam etmək ehtimalı daha azdır.

 

ABŞ-li ekspertlər bildiriblər ki, Türkiyədə ardıcıl olaraq baş verən zəlzələlər “qeyri-adi”dir, ona görə ki, onlar daha əvvəl baş verən zəlzələlərin qırılma xəttində meydana gələn təkanlardan daha böyükdür.

Nəzərinizə çatdıraq ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələnin dərinliyi qeyri-adi şəkildə 18 kilometrdən az idi. Bu səbəbdən mütəxəssislər afterşokların illərlə davam edə biləcəyini deyirlər.

Qeyd edək ki, son rəqəmlərə görə 17 gün əvvəl Türkiyədə baş verən zəlzələdən sonra 7 242 afterşok qeydə alınıb. Onların içində 5 baldan yuxarı güclü təkanlar da var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR