İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Suriya liderləri arasında görüş başa çatıb

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti Prezidenti Əhməd Əş-Şaara arasında görüş yekunlaşıb.

Musavat.com xəbər verir ki, görüşdən sonra hər iki lider birgə mətbuat konfransı keçiriblər.

Prezident Ərdoğan çıxışında qeyd edib ki, Türkiyə ərəb və islam dünyasını Suriyanın yeni hakimiyyətinə həm maddi, həm də mənəvi dəstək verməyə çağırır:
"Suriyalı qardaşlarımızın öz ölkələrini bərpa edəcəklərinə inanırıq və bu prosesə hərtərəfli töhfə verməyə hazırıq."

O, Türkiyə və Suriya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini vurğulayaraq, xüsusilə müharibədən zərər çəkmiş şəhərlərin bərpasında dəstək göstərməyə hazır olduqlarını bildirib. Ərdoğanın sözlərinə görə, Suriya iqtisadi dirçəliş yolu ilə irəlilədikcə, qaçqınların könüllü şəkildə geri qayıdışı da sürətlənəcək.

Türkiyə lideri, həmçinin, terror təşkilatlarına qarşı mübarizədə Suriyaya hər cür dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Öz növbəsində, Əhməd Əş-Şaara 1967-ci il sərhədlərinin bərpa olunmasının vacibliyini qeyd edib. O, Suriya ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə önəm verdiklərini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR